2 Dekabr 2015 11:05
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda marketdə satıcı bıçaqlanıb.

Teleqraf.com xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, 23 ünvanında yerləşən marketdə qeydə alınıb.

Məlumata görə, marketdə satıcı işləyən Pərvanə Qurbanova bıçaqlanıb. İş başında əsasən sinə nahiyyəsindən xəsarətlər alan Pərvanə Qurbanova 3 saylı şəhər xəstəxanasına çatıdırılıb.

Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Pərvanə Qurbanovanın bədənində 11 bıçaq xəsarəti aşkarlanıb. Vəziyyətinin ağır olduğu üçün onu dindirmək mümkün deyil.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Pərvanə Qurbanovanı bıçaqlayan 1982-ci il təvəllüdlü Fariz Məmmədov olması müəyyən edilib. O, Sabunçu Rayon Polis İdarəsinə gələrək təslim olub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər