Bakının Nəsimi rayonunda evdən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, noyabrın 23-də H.Seyidzadə küçəsində Elnarə Babayevanın evindən mobil telefon, 1 ədəd qızıl bilərzik və 229 manat oğurlanıb.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, həmin evdə kirayədə yaşamış və özünü Nigar kimi təqdim etmiş Tovuz rayon sakini, 1995-ci il təvəllüdlü Gülnarə Novruzova tutulub.
Hacı Zeynalov