Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com-un xəbərinə görə, hadisə rayonun Kəhrizli kəndində qeydə alınıb. Hadisə nəticəsində 1970-ci il təvəllüdlü Quliyev Anatoli Malik oğlu iki bıçaq yarası ilə Ağcabədi rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin ehtimallara görə, o, qaynı, 1985-ci il təvəllüdlü Allahverdiyev Mais Hüseynxan oğlu tərəfindən ailə münaqişəsi zəminində bıçaqlanıb. Münaqişəyə səbəb isə Anatolinin Maisin bacısından ayrılması göstərilir.
Mais Allahverdiyevin saxlanılması üçün axtarış aparılır.
Xalid Səmədbəyli