2 Dekabr 2015 14:17
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda yaşayış evində partlayış olub.

Teleqraf.com xəbər verir ki, Mingəçevir küçəsində yaşayan Yaşar Məmmədovun evinin mətbəxində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib.

Nəticədə qapı və pəncərə çərçivələri yerindən çıxıb, yanıq xəsarəti almış Y.Məmmədov və gəlini Aytən Məmmədova xəstəxanaya yerləşdiriliblər.

Y.Məmmədova ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, Aytənin vəziyyəti qənaətbəxşdir.

Hacı Zeynalov


Müəllif: