Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə A.Mustafayev küçəsində qeydə alınıb.
Məlumata görə, naməlum şəxs Bakı şəhər sakini Kamal Mövsümovun 90 manatını soyğunçuluq yolu ilə ələ keçirib.
Nəsimi Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün əməkdaşları keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsidə, cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Sənan İsmayılovu tutub. O, aidiyyatı üzrə 19-cu polis bölməsinə təhvil verilib.
Hacı Zeynalov