3 Dekabr 2015 17:19
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı İlham Fərzəliyevə məxsus sellofan torbanın və iki ədəd tava qutusunun içərisindən, ümumilikdə 1400 ədəd həbdən ibarət klonazepam adlı dərman preparatı aşkar edilərək götürülüb.

Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, klonazepam adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in III Siyahısına daxildir və aşkar olunan 1400 ədəd həbdə klonazepamın təsiredici maddəsinin ümumi miqdarı 2,7 qram təşkil edir. Faktla bağlı araşdırma aparılır.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər