Bakıda tikinti şirkətinin rəhbərindən polisə şikayət edib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Ramiz Bəşirov Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinə ərizə ilə müraciət edib.
O, bildirib ki, “Yayla” MTK-nın sədri Müslət Allahverdi oğlu Nəcəfov onun etibarından sui-istifadə edərək, 180 min manatını alaraq qaytarmayıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov