Bakıda “Müsəlman Birliyi” Hərəkatının fəal üzvünün evində axtarış aparılıb.
Teleqraf.com xəbər verir ki, noyabrın 6-da İnzibati Xətalar Məcəlləsinin 301 və 298.2-ci maddələri ilə barəsində 30 sutka inzibati həbs qəti imkan tədbiri seçilmiş Elçin Qasımovun “Müsəlman Birliyi” adlı hərəkatın fəal üzvlərindən biri olması Sabunçu Rayon Polis İdarəsi və Bakı Şəhər Prokurorluğu əməkdaşları tərəfindən müəyyən edilib.
Onun Maştağa qəsəbəsindəki evinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd “F-1” qumbarası və 100-ə yaxın dini ədəbiyyat aşkar edilərək götürülüb.
Hacı Zeynalov