4 Dekabr 2015 14:45
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Göyüşlü kəndində qeydə alınıb.

Rayon sakini Mobil Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub.

Nəticədə onun arvadı İlhamə hadisə yerində ölüb, Mobil Həsənov və qızı Şahnaz isə xəstəxanaya yerləşdirilib.

Hacı Zeynalov


Müəllif: