5 İyun 2014 12:41
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran rayonunda balıq ovlayan gəmilərdən oğurluq edən iki nəfər həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 3-də Lənkəran rayonunun ərazisində “Xəzərbalıq” MMC-yə məxsus balıq ovlayan gəmilərdən 150 metr elektrik naqili, 4 ədəd akkumulyator, 3 ədəd su mühərriki, 2 ədəd sualtı lampa və digər əşyalar oğurlamış Lənkəran rayon sakinləri Bəhruz Əliyev və Elvin Cəfərov tutulublar.

Hacı Zeynalov


Müəllif: