5 Dekabr 2015 01:54
489

Hacıqabulda baş verən avtoqəzada 17 yaşlı sürücü ağır xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, saat 23.30 radələrində Hacıqabul-Şirvan magistralının 1-ci kilometrliyində ağır avtoqəza baş verib.

Hacıqabul rayon sakini, M.Hüseynzadə küçəsi, 9 ünvanında yaşayan 1998-ci il təvəllüdlü Abbasov Abbas Rasim oğlu idarə etdiyi VAZ 2107 markalı 44 BN 280 dövlət nömrə nişanlı avtomobili böyük sürətlə körpünün beton dirəyinə çırpıb. Nəticədə avtomobilin sürücüsü ağır kəllə-beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər xəstənin vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı Hacıqabul polis şöbəsində araşdırma aparılır.


Müəllif:
[X]
1xBet