Gecə saatlarında Bakıda ağır yol qəzası baş verib.
Teleqraf.com-un Daxili İşlər Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, dekabrın 4-də saat 05 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Tərtər rayon sakini İldırım Bəylərov idarə etdiyi “Opel” markalı avtomobili yolun kənarında dayanmış Astara rayon sakini Əli Şükürovun idarə etdiyi “DAF” markalı yük avtomobilinə vurub.
Hadisə nəticəsiondə İ.Bəylərovun 6 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Gültəkin Xəlilova orada ölüb, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Hadisə ilə bağlı BDYPİ tərəfindən araşdırma aparılır.