Hüquq-mühafizə orqanları keçirdikləri əməliyyat tədbirləri zamanı Azərbaycanda 2 nəfərdən 3 silah silah aşkar edib.
Teleqraf.com Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 4-də Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xolqarabucaq kənd sakini İlham İbadovun evinə baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-8” və “İJ-16” markalı tüfənglər aşkar edilərək götürülüb.
Həmin gün Şamaxı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirli kənd sakini Ruslan Əhmədovdan müvafiq sənədləri olmayan “İJ-12” markalı ov tüfəngi götürülüb.