6 Dekabr 2015 14:39
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvarda 4 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə bu gün günorta saatlarında Ələt-Astara magistral yolunun 115-ci kilometrliyində Biləsuvar rayonunun Cürəli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Azpetrol şirkətinə məxsus yanacaq daşıyan qoşqulu yük maşını ilə Biləsuvarın Təzəkənd kənd sakini Mənsur Firudin oğlu Bayramovun idarə etdiyi "Vaz-21015" markalı avtomobillə toqquşub. Nəticədə "Vaz-21015" markali avtomobil ciddi zədələnərək dəmir yığınına çevrilib, yük maşını isə yolun kənarına aşıb.

Hadisə zamanı "Vaz-21015" markalı avtomobildə olan bir rayonun Təzəkənd kənd sakinləri olan eyni ailənin 4 üzvü - 29 yaşlı Tərlan Bayramov, onun həyat yoldaşı, 29 yaşlı Günay Bayramova, uşaqları: 5 yaşlı Nərmin və 4 yaşlı Səkinə Bayramovalar hadisə yerində keçiniblər. Sürücü isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər