Abşeron rayonunda fəhlələr işlədiyi şirkəti qarət etmək istəyiblər. Oğurluq hadisəsi Pirəkəşkül qəsəbəsində yerləşən “İmpuls-AR” MMC-yə məxsus anbarda baş verib.
Orada fəhlə işləyən Cəsarət İlyasov və Qalib Quliyev anbardan 1200 manat dəyərində tikinti materiallarını qəsəbə sakini Azər İsayevin idarə etdiyi “VAZ-21074” markalı avtomobilə yükləməklə oğurlamaq istəyiblər.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədənlər cinayət başında yaxalanıb.
Hacı Zeynalov