Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını qətlə yetirməkdə təqsirli bilinən Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Siyavuş Zöhrabovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, qətl hadisəsi bu ilin iyulun 7-də Nizami rayonu hadisə Mehdi Abbasov küçəsi, ev 33-də qeydə alınıb. 1994-cü il təvəllüdlü Siyavuş Zöhrabov qısqanclıq zəminində anası, 1970-ci il təvəllüdlü Tahirə Zöhrabovanı bıçaqlayaraq qətlə yetirib.
O, ilkin ifadəsində anasının telefonda başqa bir şəxs mesajlaşmasını gördüyünü və qətli də bu səbəbdən törətdiyini deyib.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Siyavuş Zöhrabov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov