Bərdə rayonunda mənşəyi bilinməyən 20 ton ətin məhv edilməsinə başlanıb.
Teleqraf.com xəbər verir ki, dekabrın 3-də Bərdə rayon sakini Seyfəddin Novruzovun həyətində mənşəyi bilinməyən 20 ton ət tapılıb.
Məlumata görə, ətin məhv edilməsi polis əməkdaşları və Dövlət Baytarlıq Nəzarəti xidmətinin yerli şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib.
Seyfəddin Novruzov bildirib ki, Zoorparkın ətlə təmin edilməsi ilə bağlı keçirilən tenderin qalibi olub: “Zoorparkla müqaviləm var, bütün işlərim qanunidir. Sadəcə mənə qarşı tələ qurublar. 100 dəfə tutulsam da, bu işimə davam edəcəm”.
Xalid Salmanbəyli