Bakı polisi axtarışda olan şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirib.
Teleqraf.com xəbər verir ki, Səbail rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 9-cu polis bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1980-ci il təvəllüdlü Fuad Məhərrəmov həbs edilib.
Oxşar əməliyyatı Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsi əməkdaşları da həyata keçirib. Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Mərdan Əsədullayev tutulub.
Daha bir əməliyyatı Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları keçirib. Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1962-ci il təvəllüdlü Qurban Naməzəliyev yaxalanıb.
Bundan başqa, Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşları tərəfindən borclu kimi axtarışda olan 1985-ci il təvəllüdlü Bəhruz Məmmədov saxlanılıb. O, adiyyatı üzrə Şamaxı Rayon Polis Şöbəsinə təhvil verilib.
Hacı Zeynalov