8 Dekabr 2015 15:00
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Yaqub-oba kəndində qeydə alınıb.

Rayon sakinləri Arif Əmirhəmzəyevin idarə etdiyi “KamAZ” və Kərim Kərimovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş K.Kərimov orada ölüb.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: