9 Dekabr 2015 12:05
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirləndirilən Qusar rayon sakini, 1997-ci il təvəllüdlü Alyona Baxışovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, qətl hadisəsi Qusar rayonun Lecet kəndində baş verib. Alyona Baxışova ailə münaqişəsi zəminində qardaşını qətlə yetirib. Polis əməkdaşların əməliyyat-axtarış tədbirlərini nəticəsində Alyona Baxışova saxlanılıb.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı dekabrın 16-a təyin edilib.

Hacı Zeynalov


Müəllif: