Bakının Qaradağ rayonunda polis bölməsində dava olub.
Teleqraf.com xəbər verir ki, dava Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsində baş verib.
Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Rəfail Xudaverdi oğlu Əhmədov sərxoş vəziyyətdə Sahil qəsəbəsində xuliqanlıq edib. Bu səbəbdən o, polis əməkdaşları tərəfindən 38-ci polis bölməsinə gətirilib.
Rəfail Əhmədov polis bölməsində polis əməkdaşlarına tabeçilik göstərməyib və müvəqqəti saxlanma otağının qapısını sınıdırıb. O, təxminən 1 saat 30 dəqiqə polis bölməsinin iş rejimini pozub.
Rəfail Əhmədovun daha sonra izahatı alınıb və o, sərbəst buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov