10 Dekabr 2015 13:27
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyəzən sakinin bank hesabından qanunsuz pul çıxardan şəxsin barəsində cinayət işi başlanıb.

Teleqraf.com xəbər verir ki, cari il avqustun 10-da Siyəzən şəhər sakini Samirə Cavadovanın Unibankdakı hesabından 365 manat çıxarılaraq oğurlanıb.

Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun şəhər sakini, əvvəllər məhkum olunmuş Sərvər Mirzəyev tərəfindən törədilməsi müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər