10 Dekabr 2015 15:05
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Siyəzən rayon sakini, 1968-ci il təvəllüdlü Mübariz Mirzəyev və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Mübariz Mirzəyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Zamində olan Mübariz Mirzəyevin barəsində başqa yerə getməmək barədə qəti imkan tədbiri ləğv edilib. Onun barəsində həbs qəti imkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib.
Digər təqsirləndirilən şəxslərə isə şərti cəza verilib.

Qeyd edək ki, Mübariz Mirzəyev Siyəzən rayonunda dövlət müəssisələrindən birində mühasib vəzifəsində çalışıb. O, bir neçə nəfərin adını imza edib və pulu mənimsəyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər