Bakının Nərimanov rayonunda yaşlı qadın intihara cəhd edəcəyi ilə bağlı polisə şikayət edib.
Teleqraf.com xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinə ərizə ilə müraciət edən 1961-ci il təvəllüdlü Nina Nazim qızı İbrahimova bildirib ki, Coşqun adlı şəxs sosial şəbəkələrdə nalayiq sözlərlə təhqir edib.
Onun bildirdiyinə görə, Coşqun adlı şəxs onun şərəf və ləyaqətini alçaldan ifadələr işlədib. Nina İbrahimova intihar edəcəyini deyib. Polis bölməsində onunla profilaktik söhbətlər aparılıb və qadının intihar etmək fikrindən yayındırılıb.
Hacı Zeynalov