10 Dekabr 2015 19:12
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən 1991-ci il təvəllüdlü Həsrət Quliyev, 1975-ci il təvəllüdlü Həsən Məmmədov və 1979-cu il təvəllüdlü İbrahim Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu ilin avqustun 9-da Qaradağ rayonunda Boran Quliyevə məxsus anbardan 28000 manat dəyərində 49 ədəd televizor oğurlanıb.

Araşdırmalar nəticəsində müəyyən edilib ki, oğurluğu anbarda mühafizəçi işləyənlər - Bakı şəhər sakini İbrahim Bağırov, Şərur rayon sakini Həsən Məmmədov və Sabirabad rayon sakini Həsrət Quliyev törədib. Adıçəkilən şəxslər saxlanılıb.

Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Həsən Məmmədov və Həsrət Quliyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İbrahim Bağırova isə şərti cəza alıb. O, məhkəmə zalından azadlığa buraxılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər