11 Dekabr 2015 11:35
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda faciəli hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Zabrat qəsəbəsi, Şirvan küçəsi, 7a ünvanında qeydə alınıb.

1937-ci il təvəllüdlü Lentruş İslam oğlu İsmayılov və onun həyat yoldaşı 1938-ci il təvəllüdlü Piruzə Sərdar qızı İsmayılova dəm qazından zəhərləniblər. Onlar hamamda çimərkən dəm qazından boğulublar.

Lentruş İsmayılovun hamamda meyiti tapılıb, Piruzə İsmaylova isə zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasının toksikologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər