11 Dekabr 2015 12:28
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində qətl törətməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Zamin Məcidli cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, qətl hadisəsi Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb. Bakı şəhər sakini Zamin Məcidli ötən ilin iyulun 12-də həmyaşıdı Salyan rayon sakini Nurlan Xudiyevi bıçaqlayaraq öldürüb.

Zamin Məcidli şübhəli şəxs qismində dindirilərkən törətmiş olduğu cinayəti etiraf edib. O, cinayətin aləti olan mətbəx bıçağını və Nurlan Xudiyevin üzərində olmuş fotoşəkilləri yaşadığı evin həyətində basdırdığını bildirib.

İstintaq araşdırması zamanı hadisə söyüş üstündə baş verib. Hadisə zamanı Nurlan Xudiyev dostu olan Zamin Məcidlinin söyüb. Onun söyüşlərindən əsəbləşən Zamin Məcidli bıçağa əl atmalı olub. Zamin Məcidli və Nurlan Xudiyev hərbi xidmətdə də bir yerdə olublar.

Zamin Məcidli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zamin Məcidlinin ittiham olunduğu maddə dəyişdirilib. Məhkəmə onu Cinayət Məcəlləsinin 122.1-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə) maddəsi ilə ittiham edib. Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Baş prokurorluq apelyasiya protesti verərək Zamin Məcidlinin cəzasının ağırlaşdırılmasını istəyib. Həmçinin eyni tələblə zərərçəkmiş tərəfdə apelyasiya şikayəti verib.

Tərəflərin şikayəti üzrə hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Hakim kollegiyası tərəflərin şikayətini təmin etməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər