Şəki rayonunda silah-sursatın tapılması ilə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Kiçik Dəhnə kənd sakini Əzizbala Nəzirovun yaşadığı evə baxış zamanı müvafiq sənədləri olmayan, nömrəsi silinmiş, lüləsi kəsilmiş ov tüfəngi, 4 ədəd patron, 36 ədəd yayılması və təbliği qadağan olunmuş dini ədəbiyyat və 26 ədəd CD disklər aşkar edilərək götürülüb.
Ə.Nəzirov tutulub.
Faktla əlaqədar cinayət işi başlanıb.
Hacı Zeynalov