Bakı şəhərində vətəndaşa məxsus evdə yanğın baş verib.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, şəhərin Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında 1 ədəd yataq dəsti və plastik pəncərə çərçivəsi 0,5 kv.m sahədə yanmışdır.
Yanğının kəşfiyyatı zamanı 2 nəfər xilas edilmiş, 1 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən evdən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilmişdir.
Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.