Bakı polisinin diləncilərin küçədən yığışdırılması ilə bağlı əməliyyat tədbirləri davam edir.
Teleqraf.com xəbər verir ki, növbəti belə bir əməliyyat paytaxtın Səbail rayonu ərazisində keçirilib.
Rayon ərazisində avaralıq və dilənçiliklə məşğul olan 12 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb və barələrində müvafiq tədbir görülüb.
Bundan başqa, paytaxtın Nəsimi rayonu ərazisində dilənçiliklə məşğul olan 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb və barələrində müvafiq tədbir görülüb.
Hacı Zeynalov