14 Dekabr 2015 16:05
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonunda velosipedçinin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Mırtı kəndində qeydə alınıb.

Kənd sakini Ayaz Osmanov idarə etdiyi “Ford” markalı avtomobillə yolun kənarında velosiped sürən həmkəndlisi Pərvin Əzizovu vurub. Xəstəxanaya yerləşdirilmiş Pərvin Əzizov orada ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Hacı Zeynalov


Müəllif: