14 Dekabr 2015 16:45
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Nurlan Fərhadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, məhkəmənin hökmü ilə Nurlan Fərhadov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin aprel ayında Nurlan Fərhadov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən piyada, 2006-cı il təvəllüdlü Elman Süleyman oğlu Ağayevi vurub. Üçüncü sinif şagirdi olan Elman Ağayev hadisə yerində ölüb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər