15 Dekabr 2015 14:17
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qoyun oğurluğu ilə məşğul olan şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 11-nə keçən gecə, Maştağa qəsəbəsində yaşayan Mirseyfəl Məlikovun həyətindən, hasardan keçməklə 32 ədəd xırda buynuzlu heyvan oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirzəağa Həbibov tutulub.

Araşdırma zamanı müəyyən edilib ki, o, müxtəlif vaxtlarda Maştağa qəsəbəsində Əmiylə Məmmədovanın, Ağaəmi Səlimovun, Ovçu Vəliyevin, Mirvaqif Dadaşovun, Əlihüseyn Əliyevin, Fərid Novruzovun və Fəxrəddin Bağırovun həyətlərindən, ümumilikdə 28 baş xırda buynuzlu heyvan oğurlayıb. Araşdırmalar davam etdirilir.

Hacı Zeynalov


Müəllif: