15 Dekabr 2015 15:37
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən 1967-ci il təvəllüdlü Eynulla Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Eynulla Hacıyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin iyunun 30-da Qusar rayonunun Çiləgir kəndində qətl törədilib. Bakı şəhər sakini, iş adamı 70 yaşlı Ramiz Vəliyev odlu silahla qətlə yetirilib.

Yerli sakinlər Ramiz Vəliyevin Eynulla Hacıyev adlı kənd sakini tərəfindən namus üstə öldürüldüyünü bildirir. Hadisə biznesmen Ramiz Vəliyevin Çiləgir kəndindəki villasında baş verib. Eynulla Hacıyev bu villada gözətçi, onun baldızı isə qulluqçu işləyirmiş. O, qətli də baldızının şərəfini qorumaq üçün törədib.

Sakinlər sözlərinə görə, Eynulla Hacıyev içki düşkünü olduğu da bildirilir. Elə buna görə, hadisədən bir neçə ay əvvəl elə içki düşkünü olduğuna görə, işdən qovulub.

Eynulla Hacıyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 29.120.2.7-ci ( iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə), 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 229.1-ci (olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə) maddələri ilə ittiham edilib.

Onu da qeyd edək ki, qətlə yetirilən Ramiz Vəliyev nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovla quda olub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər