16 Dekabr 2015 13:08
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda dəm qazından zəhərlənmə olub.

Teleqraf.com xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1997-ci il təvəllüdlü Məhəmməd Cəfərli yaşadığı evin hamamında dəm qazından zəhərlənərək ölüb.

Bundan başqa, Sabunçu rayonunun Ramana qəsəbəsində yaşayan Sənan Nəsibov, Sumqayıt şəhərində yaşayan Siraculla Mirzəyev evlərində dəm qazından zəhərlənərək ölüblər.

Hacı Zeynalov


Müəllif: