16 Dekabr 2015 15:19
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevirdə avtomobillərdən oğurluq edən dəstə zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, Mingəçevir şəhərində Oğuz şəhər sakini Füzuli Əliyevə və şəhər sakini Xamiz Əhmədova məxsus “VAZ” markalı avtomobillərdən 2 ədəd akkumulyator, maqnitofon, yaddaş kartı və 4 ədəd səsgücləndirici oğurlanıb.

Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Mingəçevir şəhər sakinləri Ramil Bayramov, Azər Pərdeyizambur və İsmət Abdullayev tutulublar.

Hacı Zeynalov


Müəllif: