16 Dekabr 2015 15:31
532

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşı qətlə yetirməkdə təqsirləndirilən Qusar rayon sakini 1997-ci il təvəllüdlü Alyona Baxışovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hadisə keçən il Qusar rayonu Rəcət kəndində baş verib. 1997-ci təvəllüdlü Alyona Baxışova qardaşı 1993-cü il təvəllüdlü Baxış Baxışovu qətkə yetirib. Hadisədən 8 ay sonra Alyona Baxışova şübhəli şəxs qismində saxlanıb.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittihaç olunur. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Alyona Baxışova ittihan üzrə özünü təqsirli bilib. O məhkəmə qısa ifadə verib. İfadəsində qardaşı Baxış Baxışov ona əxlaqsız təklif elədiyi bu səbəbdən qardaşı balta ilə öldürdüyünü bildirib. Məhkəmə qeyri müəyyən vaxta qədər təxirə salınıb.

Hacı Zeynalov


Müəllif:
[X]
1xBet