17 Dekabr 2015 10:58
410

Bakının Xəzər rayonunda 18 yaşlı oğlan itkin düşüb.

Teleqraf.com xəbər verir ki, Türkan qəsəbəsi, Maqomayev küçəsi, ev 26-da yaşayan 1997-ci il təvəllüdlü Elmar Elman oğlu Quliyev evdən gedib.

Elmar Quliyev dekabrın 10-da, saat 09.00-da evdən çıxıb və bir daha geri qayıtmayıb. 18 yaşlı oğlanın valideynləri faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsinə ərizə ilə müraciət edib.
Hazırda 18 yaşlı oğlanın tapılması istiqamətində tədbirlər görülür.

Hacı Zeynalov


Müəllif: