17 Dekabr 2015 14:57
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə S.Vurğun küçəsində qeydə alınıb.

Bakı şəhər sakinləri Ülvi Məmmədlinin idarə etdiyi “VAZ-2107” və Ayxan Nəsirovun idarə etdiyi “AzSamand” markalı avtomobillər toqquşub.

Hər 2 sürücü və Ü.Məmmədlinin sərnişini, habelə A.Nəsirovun sərnişini Bəylər İsmayılov xəstəxanaya yerləşdirilib, B.İsmayılov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: