17 Dekabr 2015 16:04
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda quldurluqla məşğul olan mütəşəkkil dəstənin daha bir üzvü həbs edilib.

Teleqraf.com xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da Vüqar Hüseynliyə qarşı quldurluq etmiş qrupun digər üzvü - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mehtixan Nəbiyev tutulub.

Qeyd edək ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində şəxsiyyəti məlum olmayan 2 nəfər qəsəbə sakini Vüqar Hüseynlinin idarə etdiyi “BMW” markalı avtomobilə sərnişin qismində oturub R.Qəmbərov küçəsinə gedəcəyini bildirib. Həmin ünvanda onlar V.Hüseynlini bıçaqla hədələyib 292 manatını və sənədlərini alıb hadisə yerini tərk ediblər.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Qazax rayon sakini Şəhadət Məmmədov və oğlu, əvvəllər məhkum olunmuş Nemət tutulublar.

Ətraflarında aparılmış tədbirlərlə onların noyabrın 16-da Bakı şəhər sakini Vera Leşinskayanın 18 manatını və qızıl əşyasını soyğunçuluq yolu ilə almaları da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: