Bakıda polis səyyar ticarətlə məşğul olan şəxslərdən partlayıcı oyuncaqlar aşkar edib.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən paytaxtın Buzovna, Əmircan, M.Ə.Rəsulzadə qəsəbələrində və Xırdalan şəhərində səyyari ticarətlə məşğul olan Ravil Ağayevdən, Şirvan Əsədovdan, Xəlil Hacıyevdən və Altay Rəhimovdan ümumilikdə 3132 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb.
Hacı Zeynalov