21 Dekabr 2015 13:45
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi valyutadəyişmə məntəqəsinin işçisinə hücum edilməsi ilə bağlı açıqlama yayıb.

Nazirlikdən Teleqraf.com-a bildiriblər ki, hadisə dekabrın 19-da Gəncə şəhərinin D.Qorqud küçəsində yerləşən pul dəyişmə məntəqəsinin qarşısında qeydə alınıb.

Şəxsiyyəti məlum olmayan 2 nəfər orada işləyən Kəmaləddin Əliyevə dəmir parçası ilə baş nahiyəsindən xəsarət yetirib və 3900 manat, 19000 ABŞ dolları, 100 avro, 238000 rubl və 580 lari pul alıblar. Cinayətkarlar hadisə yerini tərk ediblər.

Faktla bağlı Kəpəz Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər