Ucar rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonunun Bərgüşad kəndində qeydə alınıb.
Kənd sakini Elman Abbasov Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”nə zəng edərək Türkəci kəndində arvadı Aytənlə mübahisə etməsi ilə əlaqədar sonuncunun özünü yoldan keçən “VAZ-2106” markalı avtomobilin altına atmasını, avtomobil hadisə yerindən uzaqlaşdıqdan sonra arvadına yaxınlaşıb onun başını asfalta vurmasını bildirib.
Hadisə yerində Aytənin meyiti tapılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətmiş Elman Abbasov tutulub.
Hacı Zeynalov