21 Dekabr 2015 22:55
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda 11 gün əvvəl yol-nəqliyyat hadisəsi xəsarət alan şəxs xəstəxanada ölüb. Teleqraf.com xəbər verir ki, yol nəqliyyat hadisəsi dekabrın 10-da Aşağı Güzdək qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Nadir Rəhmanov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Əlvan Əhmədovanı vurub, sonradan idarəetməni itirərək paytaxt sakini Mənsur Qurbanova məxsus “Mercedes” markalı avtomobilə dəyib.

Nəticədə piyada xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilməsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Əlvan Əhmədova dekabrın 20-də xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: