Bakının Səbail rayonunda cinayət hadisəsi törədilib.
Teleqraf.com xəbər verir ki, dekabrın 16-na keçən gecə Səbail rayonu ərazisində yaşayan Teymur Cəlilovun evindən məişət əşyaları oğurlanıb.
Bundan bir gün sonra, yəni dekabrın 17-də şəxsiyyəti məlum olmayan 2 nəfər Teymur Cəlilovu bıçaqla hədələyiblər və onun mobil telefonunu alıblar.
Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakinləri Ramin Ayvazov və əvvəllər məhkum olunmuş Hüseyn Rəhmanov tutulublar.
Hacı Zeynalov