22 Dekabr 2015 11:55
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Bundan sonra təqsirləndirilən şəxsin vəkili Adil İsmayılov vəsatətlə çıxış edib. O, Nazim Ağabəyov barəsində olan cinayət işinə xitam verilməsini istəyib.

Məhkəmə vəsatətə baxmaq üçün hazırlıq iclasını dekabrın 24-dək təxirə salıb.

Qeyd edək ki, Nazim Ağabəyov Meydan TV-nin direktoru Emin Millinin qaynıdır. O, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. Onun üzərindən 6 qram narkotik vasitə-heroin aşkarlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər