23 Dekabr 2015 00:21
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişlidə avtomobillərin toqquşması 3 nəfərin xəsarət almasına səbəb olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında Hacıqabul-Horadiz avtomobil ylunun 109-cu klometrliyində İmişli rayonu ərazisində qeydə alınıb. Qəza zamanı İmişli sakini 66 yaşlı Hüseynov Ələmdar Məhəmməd oğlunun idarə etdiyi "Mercedes" markalı 10 ZS 360 dövlət nömrə nişanlı avtomobillə Beyləqan sakini Rəsulov Vaqif Çərkəz oğlunun idarə etdiyi "Opel" markalı 1 BF 753 dövlət nömrə nişanlı avtomobil toqquşub. Hər iki avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobillərin sürücüləri və 59 yaşlı Beyləqan sakini Eldar Ərşad oğlu Şəmiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: