6 İyun 2014 14:00
762

Bakıda kirayənişinin evindən silah götürülüb.

Teleqraf.com Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 5-də Şəki rayon sakini Fərahim Süleymanovun Yasamal rayonu ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı pnevmatik tüfəng, ona aid 75 ədəd güllə, qaz tapançası, 1 ədəd ona aid patron darağı, 4 ədəd patronu, 3 ədəd avtomat patronu və 4 ov bıçağı aşkar edilərək götürülüb.

F.Süleymanovun tutulması üçün tədbirlər görülür.


Müəllif: