Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, əməliyyatı Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsi, Çevik Polis Alayı, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi, Sabunçu və Qaradağ Rayon Polis İdarələrinin əməkdaşları keçirib.
Birgə keçirilən əməliyyat tədbirləri nəticəsində Nardaran qəsəbəsi, Tusi küçəsi, ev 71 ünvanında yaşayan 1998-ci il təvəllüdlü Hümmbətov Balaəli Tasim oğlunun yaşadığı evin zirzəmisindən 2 ədəd 16 aklibir parton və 1 ədəd ov bıçağı aşkar edilərək götürülüb.
Bundan başqa, Nardaran qəsəbəsində yaşayan 1966-cı il təvəllüdlü Bünyatov Sərdar Zeynalabdin oğlu yaşadığı evin həyətindən 36 ədəd tapança patronu tapıb. O, tapdığı silah sursatlarını Nardaran qəsəbəsindəki 1-ci posta xidmət aparan Çevik Polis Alayının əməkdaşlarına təhvil verib.
Hər iki faktı Sabunçu Rayon Polis İdarəsindən təsdiqləyiblər.
Hacı Zeynalov