Bakının Sabunçu rayonunda ruhi xəstə itkin düşüb.
Teleqraf.com xəbər verir ki, Sabunçu qəsəbəsi, Ə.Bağırov küçəsində yeni tikilidə yaşayan 1997-ci il təvəllüdlü Ramo Şaiq oğlu Salayev evdən gedib.
Ramo Salayevin atası Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə oğlunun itkin düşməsi ilə bağlı ərizə ilə müraciət edib. O, bildirib ki, oğlu dekabrın 22-də, saat 09.00-da evdən gedib və bir daha geri qayıtmayıb.
Hazırda polis 18 yaşlı oğlanın tapılması istiqamətində tədbirlər görür.
Ramo Salayevin ruhi əsəb xəstəsi olduğu bildirilir.
Hacı Zeynalov